Kateqoriyasız

“Qarabağ” İstanbula yollanır – Fotolar

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Sivasspor”la qarşılaşacaq “Qarabağ” artıq Heydər Əliyev Beynəlxalq Hava Limanındadır.

Ağdam təmsilçisini İstanbula aparacaq təyyarənin saat 12:00-da hərəkət etməsi gözlənilir.

Qeyd edək ki, noyabrın 26-da İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda oynanılacaq “Qarabağ” – “Sivasspor” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43