Premyer Liqada “Simurq”la qarşılaşdıqdan sonra dərhal Bakıya qayıdan “Qarabağ” istirahət etmədən hazırlıqlara start verib.
Klubun saytına istinadən verdiyimiz məlumata görə, ölkə kubokunda AZAL-ı qəbul edəcək Ağdam təmsilçisi bu günü tək çalışma ilə keçirib. “Qarabağ” Suraxanı qəsəbə stadionundakı məşqlə kifayətlənib.
Qeyd edək ki, “Qarabağ” – AZAL matçı dekabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qarşılaşma saat 16:30-da start götürəcək.