15 Oktyabr 2024
Ölkə futbolu

“Qarabağ” İsveç klubu önündə favoritdir

UEFA Avropa Liqası Liqa mərhələsinin II turunda “Qarabağ” “Malmö”nü qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, oyundan öncə görüşün favoriti bəlli olub. Belə ki, futbol biliciləri Ağdam təmsilçisinin qələbəsinə 1,97, İsveç klubunun qalibiyyətinə isə 3,94 əmsal təyin edib. 

Görüşün heç-heçə bitmə ehtimalıysa, 3,96 kimi dəyərləndirilib.

“Qarabağ” – “Malmö” matçı sabah saat 20:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43