Kateqoriyasız

“Qarabağ” İsveçrəyə yola düşür – səfər proqramı bəllidi

UEFA Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda “Bazel”in qonağı olacaq “Qarabağ”  bu gün İsveçrəyə yollanacaq.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunu Bazel şəhərinə aparacaq təyyarə saat 18:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Baş məşqçi Qurban Qurbanov dekabrın 8-i yerli vaxt ilə 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək. Açıq məşq isə yerli vaxt ilə 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Sankt Yakob Park”da baş tutacaq.
“Bazel” – “Qarabağ” matçı dekabrın 9-u saat 21:00-da (Bakı vaxtı ilə 00:00) keçiriləcək.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43