Kateqoriyasız

“Qarabağ” İsveçrə klubu ilə sülh bağladı

Hazırda Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” klubu bu gün ikinci yoxlama oyununa çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun qardaş ölkədə keçirəcəyi ikinci sınaq matçındakı rəqibi İsveçrənin "Sürix" komandası olacaq. 

Matçın start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək.

Qeyd edək ki, ilk yoxlama görüşündə Xorvatiyanın "RNK Split" klubu ilə qarşılaşan "Qarabağ" rəqibinə 1:3 hesabı ilə uduzub.

21 yanvar

Yoxlama oyunu

19:30. "Qarabağ" (Azərbaycan) – "Sürix" (İsveçrə) 1:1
Qol:
Marko Şembela, 28

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43