Avropa Liqasının qrup mərhələsində səfərdə “İnter”lə qarşılacaq “Qarabağ” İtaliyaya çatıb.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi artıq oyunun keçiriləcəyi Milan şəhərindədir. Təxminən 5 saat yarımlıq uçuşdan sonra komanda İtaliyanın Milan şəhərinə çatıb və otelə yollanıb.
Qeyd edək ki, “İnter” – “Qarabağ” oyunu oktyabrın 2-i, saat 00:05-də başlayacaq.