“Qarabağ” bu gün İtaliyaya yola düşüb.
İdmanxeber.com-un məlumatına görə, komandanın baş məşqçisi Qurban Qurbanov “İnter”in “Kalyari” ilə oynadığı çempionat matçını izləmək üçün daha öncə İtalyaya getmişdi. Bu səbəbdən də “Qarabağ” bu gün Milana baş məşqçi Qurban Qurbanovsuz yollanıb.
Qeyd edək ki, “Qarabağ” oktyabrın 2-də “İnter”lə üz-üzə gələcək.