“Qarabağ” braziliyalı hücumçu Juninyonun transfer qiymətini qaldırıb.
İdmanxeber.az xəbər veir ki, bu barədə “Legalbet.kz” nəşri məlumat yayıb. Bildirilir ki, klub əvvəllər onun satışından 2-3 milyon gəlir əldə etməyi planlaşdırsa da, indi 27 yaşlı forvard üçün 9 milyon avro almaq istəyir.
Xəbərdə yazılıb ki, Meksika klublarının biri Juninyo üçün təxminən 6 milyonluq təklif irəli sürüb. Daha əvvəl Moskva “Lokomotiv”inin futbolçunu 800 min avroya almaq istədiyi də bildirilirdi.
Juninyo 2023-cü ilin yayından “Qarabağ”da çıxış edir. O, 55 oyun keçirib, 31 qol vurub, 11 məhsuldar ötürmə edib. “Transfermarkt” oyunçunu 2 milyon avro qiymətləndirir.