18 Oktyabr 2024
Ölkə futbolu

“Qarabağ” “Kəpəz”i məğlub etdi – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 2-ci dövrə başlayıb.

İdmanxeber.az xəbər verir ki, 10-cu turun ilk oyun günündə 1 matç keçirilib. Autsayder “Kəpəz” son çempion “Qarabağ”ı qəbul edib. Görüş Ağdam klububun qələbəsiylə başa çatıb – 5:0.

Tura 19 və 20 oktyabr tarixində oynanılacaq matçlarla yekun vurulacaq.

Misli Premyer Liqası, 10-cu tur

18 oktyabr (cümə)

18:00. “Kəpəz” – “Qarabağ” 0:5

Qol: Emmanuel Addai, 17, Aleksey İsayev, 51, Leandro Andrade, 53, Toral Bayramov, 67, Aleksey Kaşuk, 78
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Asiman Əzizli, Əkbər Əhmədov
VAR: Kamal Umudlu
Tovuz şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43