Kateqoriyasız

“Qarabağ” kapitanla müqaviləni yenilədi

“Qarabağ” klubu futbolçusu Maksim Medvedev ilə yeni müqavilə imzalayıb.

Idmanxeber.az xəbər verir ki, komandanın kapitanı ilə imzalanmış müqavilənin müddəti 2 ildir. Bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb. Maksim 2023-cü ilin yayına qədər Ağdam təmsilçisində çıxış edəcək.

Maksim Medvedev “Qarabağ”ın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43