Kateqoriyasız

“Qarabağ” – “Kayrat” matçını stadiondan izləmək istəyənlərin nəzərinə

Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunun “Qarabağ” – “Kayrat” (Qazaxıstan) matçına bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə,  12  minə bilet satılıb.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyuna koronavirus pandemiyası səbəbindən arenanın yalnız 50 faizi tutumunda azarkeş buraxılmasına icazə verilib.

Əlavə edək ki, oktyabrın 21-i oynanılacaq “Qarabağ” – “Kayrat” görüşü saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43