Kateqoriyasız

“Qarabağ” – “Kayrat” matçının keçiriləcəyi stadion bilindi

UEFA Konfrans Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Kayrat” matçının stadionu bəlli olub.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, oktyabrın 21-də keçiriləcək görüş Tofiq Bəhrəmov adına Respublika stadionunda olacaq. Artıq mərkəzi arenanın qazonu ideal vəziyyətdədi və Ağdam klubu rəqiblərini sözügedən stadionda qəbul edə bilər.

Qeyd edək ki, “Qarabağ” Respublika stadionunun qazonunun bərbad olması səbəbi ilə qrupdakı ilk matçını (“Bazel”lə oyunu) Bakı Olimpiya stadionunda keçirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43