30 Noyabr 2021
Kateqoriyasız

“Qarabağ” – “Kayrat” oyununa nə qədər bilet satılıb?

Konfrans Liqasının qrup mərhələsinin 3-cü turuNUN “Qarabağ”ın – “Kayrat” (Qazaxıstan) matçına bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, indiyədək qarşılaşmaya 9 mindən çox bilet satılıb.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyuna koronavirus pandemiyası səbəbindən arenanın yalnız 50 faizi tutumunda azarkeş buraxılmasına icazə verilib.

Əlavə edək ki, oktyabrın 21-i oynanılacaq “Qarabağ” – “Kayrat” görüşü saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Araz Abdullayev “Qarabağ”da!

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

Qeyri-adi heç nə baş vermədi: Milli yenə uduzdu

admin