Kateqoriyasız

“Qarabağ” – “Keşlə” oyununun biletləri satışda

Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”la “Keşlə” arasında keçiriləcək ilk qarşılaşmanın biletləri satışa çıxarılıb.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. 12, 13, 16 və 17-ci sektorlar 3 manat, VIP biletlər isə 10 manat təşkil edir.

Biletlər yalnız oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.

Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq. Matça saat 17:30-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43