Kateqoriyasız

“Qarabağ” “Keşlə”ni məğlub etdi, “Neftçi” “Sabah”la bacarmadı – Yenilənib

Azərbaycan futbolunda qış fasiləsi başa çatır. Bu gün ölkə kubokunda 1/4 final mərhələsinə start veriləcək.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə “Qarabağ” “Keşlə” ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 17:30-da start götürəcək.

Günün son matçında “Neftçi” və “Sabah” üz-üzə gələcək. “Bakcell Arena”dakı qarşılaşmanın start fiti saat 19:45-də səslənəcək.

1/4 finalın digər oyunları sabah keçiriləcək. “Zirə” “Səbail”i, “Sumqayıt” isə “Qəbələ”ni qəbul edəcək.

Mərhələnin cavab matçları isə fevralın 12-si və 13-də keçiriləcək.

Azərbaycan kuboku
1/4 finalın ilk oyunları

1 fevral
“Qarabağ” – “Keşlə” 1:0
Qol: 
İ. Vadji, 55
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rauf Allahverdiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 27. Toral Bayramov

Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 6. Patrik Andrade, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev, 97. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı

“Keşlə”: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 99. Rafael Məhərrəmli, 19. Fəhmin Muradbəyli, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 6. Franko Flores, 13. Pərviz Azadov

Ehtiyat oyunçular: 27. Əkpər Vəliyev, 8. Tural Axundov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 70. Bahadur Həziyev, 95. Rəhman Daşdəmirov, 74. Kamal Kazımov, 75. Vüsal Qənbərov, 54. Rəşad Həsənov

19:45.“Neftçi” – “Sabah” 1:1
Qollar: 
V.Stankoviç, 40 – Coy Mikkels, 50
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov.
Bakı. “Bakcell Arena”

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 4. Huqo Basto, 9. Tyaqo Bezerra, 77. Gilyerme Pato, 20. Mert Çelik, 37. Vüsal Əsgərov.

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 97. Xəyal Nəcəfov, 3. Mamadu Mbodj, 10. Sezar Meza Kolli, 91. Ramon Maçado, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 73. Ramin Nəsirli.

Baş məşqçi: Samir Abasov.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43