23 Fevral 2025
Ölkə futbolu

“Qarabağ” kimi rəqibə qarşı 1 xal yaxşı nəticədir”

“Maraqlı oyun keçdi. Hava şəraitinin kəskin olmaısna baxmayaraq, hər iki tərəf hücumlar etdi. Hansıki son dəqiqələrdə bizim fürsətlərimiz oldu, amma yararlana bilmədik. “Qarabağ” kimi rəqibə qarşı 1 xal yaxşı nəticədir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski “Qarabağ” oyunu (1:1) barədə danışarkən deyib. O, daha sonra jurnalistlərin suallarını cavablayıb:

– Oyunçularınız hücum xəttində məsuliyyətsiz göründülər. Sizcə, belə idi?
– Məşqlərdə hücumun sonluğunu bizim qədər çalışan komanda yoxdur. Amma bu gün komandanın topla çıxışı çox yaxşı idi.

– Siz həm futbolçu, həm də məşqçi kimi bu stadionda çıxış etmisiz. Hansı hisləri yaşadız?
– Biz bura gəlməzdən qabaq öz analitikimlə danışdım. Burada oynayıb oynamadığımı bilmirəm. Amma “Neftçi”yə qarşı ehtiyat oyunçular skamyasında oturmağım yadıma gəlir. Ancaq belə stadionda məşqçi kimi iştirak etmək çox xoşdur.

– ÇSKA-da çalışarkən Kadi Borgesə qarşı oynamışdız. İndi də “Qarabağ”a qarşı matçda bu oldu. Nə deyə bilərsiz?
– Çox keyfiyyətli oyunçudur. Rusiya Premyer Liqasının bir neçə komandasının start heyətində oynaya biləcək futbolçudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43