Kateqoriyasız

“Qarabağ” Konfrans Liqasının qrupunu təmin etdi

Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə cavab matçında heç-heçə edən (2:2) “Qarabağ” iki oyunun nəticəsində görə mərhələ adlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu bununlada Konfrans Liqasının qrupunu təmin edib.

Qurban Qurbanovun komandası III təsnifat mərhələsində məğlub olsa, yoluna Avropa Liqasının pley-offunda davam edəcək. Orada alınacaq uğursuzluq fonunda isə komanda KL-in qrupunda çıxış edəcək.

“Qarabağı”ın Çempionlar Liqasında növbəti rəqibi “Slovan” (Bratislava) – “Ferensvaroş” (Macarıstan) görüşünün qalibi olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43