Məlum olduğu kimi, `Qarabağ`uzun aradan sonra 2013-2014 mövsümü sonunda ölkə çempionu oldu.
İdmanxeber.com-un məlumatına görə, Qarabağın `Qarabağ`ı məlum səbəblərdən dolayı çempionluq kubokunu Bakıda almalı oldu. Amma klubun vitse-prezidenti Tahir Gözel verdiyi açıqlamada bildirmişdi ki, kuboku görmək Ağdam camaatının haqqıdı və ən uyğun zamanda kubok Ağdama aparılıb insanlara təqdim ediləcək. Avrokubokların sıx qrafiki ilə əlaqədar olaraq kubokun Ağdama aparılması yubanırdı. Artıq ölkə çempionunun Ağdama gedəcəyi tarix müəyyənləşib. Qarabağ” başda Tahir Gözel olmaqla çempionat və avrokuboklara milli oyunlar səbəbindən veriləcək fasilə zamanı Ağdama yollanacaq. “Qarabağ”ın Ağdama səfəri Sentyabrın 1-7 arasında baş tutacaqdır.