“Qarabağ” növbəti transferini reallaşdırıb.
İdmanxeber.com Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu Miquel Markes Madera ilə münasibətlərini rəsmiləşdirib. 29 yaşlı ispan yarımmüdafiəçi qarşıdakı 2 ildə Azərbaycan çempionunun şərəfini qoruyacaq. O, son mövsümü Hayfa “Makkabi”sində keçirib. “Oviedo”nun yetirməsi peşəkar karyerasına Xixon “Sportinq”inin əvəzedici heyətində başlayıb, daha sonra əsas komandaya götürülüb. 2010/11-ci illərdə İngiltərədə “Birmingem” forması geyinib. AEK-də cəmi 6 ay keçirib. Yunanıstan klubunda icarə müddətini bitincə, vətənə dönüb. 3 il “Xetafe”nin şərəfini qoruyub. La Liqada 54 oyuna 1 qol vurub.