“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşa “Lex”inə qarşı keçirəcəyi ev oyununun stadionu müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Lex”lə cavab qarşılaşması iyulun 12-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək.
Bu komandalar arasındakı ilk oyun isə iyulun 5-də “Poznan” stadionunda keçiriləcək. Matça Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.