Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
İdmanxeber.az xəbər verir ki, UEFA püşkatmadan bir gün öncə komandaları və cütləri qruplara bölüb.
Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqiblərinin sayı 5-ə enib.
Ağdam klubu Polşa “Lex”ini keçsə o zaman aşağıdakı komandaların biri ilə qarşılaşacaq.
“Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan)
“Şkupi” (Şimali Makedoniya) – “Linkoln” (Cəbəllütariq)
“Sürix” (İsveçrə)
2-ci təsnifat mərhələsinin püşkatması bu gün Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.