19 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” – “Linkoln” oyununun hakimi dəyişdirildi

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda baş tutacaq “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçının hakimləri dəyişdirilib.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmaya daha öncə ukraynalı referilər təyin edilsə də, görüş sonradan danimarkalı baş hakim Yakob Sandberqə tapşırılıb. Ona Deniz Yurdakul və Viktor Skitte kömək edəcəklər.

Tərəflər arasında cavab qarşılaşması iyulun 30-da Tofiq Bərhamov adına Respublika stadionunda saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43