16 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” “Linkoln”u keçsə, büdcəsini bu qədər zənginləşdirəcək

“Qarabağ” Çempionlar Liqası II təsnifat mərhələsində Cəbəllüttariq klubu “Linkoln”la qarşılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, Toral Bayramov və Juninyonun qolları ilə görüşdən qalib ayrılan (2:0) Ağdam klubu mərhələ keçmək üçün ciddi üstünlük əldə edib. Təmsilçimiz cavab görüşündə istənilən heç-heçə, bir top fərqli məğlubiyyət və qələbədə III təsnifat mərhələsinə vəsiqə qazanacaq.

“Linkoln” səddini keçmək klubun büdcəsinə də təsir edəcək. Belə ki, UEFA III təsnifat mərhələsinə yüksələn hər kluba 400 min avro ödəyir.

Bu da o deməkdir ki, “Qarabağ” rəqibini mübarizədən kənarlaşdırmaqla büdcəsini təxminən 736 min manat zənginləşdirəcək.

Xatırladaq ki, “Qarabağ” – “Linkoln” matçı iyulun 30-da baş tutacaq. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43