25 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ” Londona yollandı

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin ilk turunda “Tottenhem”lə keçiriləcək oyun üçün İngiltərəyə yollanıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda Londona çarter reysi ilə gedib.

Sabah Bakı vaxtı ilə saat 21:30-da Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq.

“Tottenhem” – “Qarabağ” matçı sentyabrın 26-da Londondakı “Tottenhem Hotspur” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43