27 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” – “Malmö” oyununun biletləri satışa çıxır

“Qarabağ” – “Malmö” oyununun biletləri sabah saat 12:00-dan satışa çıxarılı 

İdmanxeber.az-ın məlumatına görə, UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Malmö” (İsveç) oyununun biletləri sentyabrın 27-i saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

🗃 Satış məntəqələri:

📍 iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

📍 Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

📍 Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43