Kateqoriyasız

“Qarabağ” – “Marsel” matçı üçün satışa çıxarılan biletlər TÜKƏNİR

Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Marsel” matçına bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, artıq 10 min bilet satılıb.

Xatırladaq ki, pandemiya ilə əlaqədar oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarının yalnız 50 faizinə azarkeş buraxılır.

“Qarabağ” – “Marsel” oyunu fevralın 24-ü, saat 21:00-da başlanacaq. Bu komandaların ilk görüşündə Fransa təmsilçisi 3:1 hesabı ilə qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43