Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Marsel” matçı üçün bilet satışı dayandırılıb.
İdmanxeber.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, sistemdə aparılan yeniləmə işlərinə görə, matça bilet satışı bu gün ərzində baş tutmayacaq.
Fevralın 21-i saat 11:00-dan isə biletlər yenidən satışda olacaq.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.