Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılıb.
İdmanxeber.com-un məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan "Qarabağ"ın da növbəti rəqibi bəlli olub.
Təbii ki, bunun üçün Ağdam klubu mütləq "Rudar" səddini keçməlidi. Əgər Qurban Qurbanovun yetirmələri çernoqoriyalıları məyus edə bilsə o zaman"Seltik" – "Styarnan" cütünün qalibi ilə qarşılaşacaq.
Şotlandiya klubunun ilk görüşdə 2:0 hesabı ilə qalib gəldiyini nəzərə alsaq böyük ehtimalla elə tur adlayan da, "ağ-yaşıllar" olacaq.