22 Oktyabr 2024
Kateqoriyasız

“Qarabağ” möhkəm komandadı” – “Gent”in baş məşqçisi

“Gent”in baş məşqçisi Heyn Vanhazebruk KL-in pley-offunda püşkün rəqib saldığı “Qarabağ”dan danışıb.

İdmanxeber.az xəbər verir ki, mütəxəssis Belçika təmsilçisinin Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a rəqib olması ilə bağlı da fikirlərini bildirib:

“Mənim üçün rəqibin kimliyinin fərqi yoxdur. Çətin rəqiblər idi. “Latsio” ad baxımından digərlərindən fərqlənir. Bundan başqa, bizə ən uzaq səfər düşdü.

“Qarabağ” çətin komandadır. Çempionlar Liqasında az qala qruplara yüksəlirdilər. Polşa çempionu “Lex”i, İsveçrə çempionu “Sürix”i sonra da Macarıstan çempionu “Ferentsvaroş”u mübarizədən kənarlaşdırdılar.

“Qarabağ”ın “Viktoriya” ilə oyunlarına baxsaq, görərik ki, möhkəm komandadır. Lakin təkrar edirəm, Konfrans Liqasının pley-off mərhələsində zəif rəqib yoxdur. Bununla yanaşı, hələ bir neçə cəlbedici klublar da var. Çox vaxt kiçik ölkələrin klubları burada olur. Lakin İtaliyadan “Fiorentina”, İspaniyadan “Vilyarreal” kimi adlar var”.

“Qarabağ” “Gent”ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43