Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, günün ilk görüşü tarixi hadisənin yaşanması ilə əlamətdar olub. “Qarabağ” – MOİK görüşü Xankəndidə təşkil olunub. Qarşılaşma Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
1/8 mərhələsinin son qarşılaşması Bakıda oynanılıb. “Neftçi” I Liqanın lideri “Qaradağ Lökbatan”ı sınağa çəkib. “Neftçi Arena”da baş tutan görüş ev sahibi komandanın 4:0 hesablı qələbəsi ilə sona çatıb.
Qeyd edək ki, mərhələnin əvvəlki matçlarından sonra 1/4 finalda iki cütlük müəyyənləşib. Yarımfinala vəsiqə uğrunda “Səbail” “Zirə” ilə, “Araz-Naxçıvan” isə “Qəbələ” ilə qarşılaşacaq.
Azərbaycan Kuboku
1/8 final
21 dekabr
14:00. “Qarabağ” – MOİK 1:0
Qol: Nəriman Axundzadə, 90+5
18:00. “Neftçi” – “Qaradağ Lökbatan” 4:0
Qollar:Aaron Olanare, 23, Murad Qayalı, 74(avtoqol), Yeqor Boqomolski, 76, Şinyaşiki, 80
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Neftçi Arena”.