Kateqoriyasız

“Qarabağ” – “Molde” görüşü ölkəmizdə canlı yayımlanacaqmı?

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Molde” matçı ölkəmizdə canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, məlum səbəblərdən neytral meydanda sentyabrın 16-da keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq qarşılaşmanı CBC Sport kanalı canlı yayımlayacaq.

Qeyd edək ki, görüş Kiprin Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43