Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Molde” (Norveç) oyununun hakimləri müəyyənləşib.
Qarşılaşmanı serbiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Srdyan Yovanoviç olacaq.
Ona yerliləri – Uroş Stoykoviç və Milan Mihayloviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Novak Simoviç yerinə yetirəcək.
Sentyabrın 16-da Kiprin Larnaka şəhərində baş tutacaq oyun Bakı vaxtı ilə 21:00-da başlayacaq.