14 Yanvar 2025
Kateqoriyasız

“Qarabağ” – “Monako” oyununu stadiondan izləmək istəyənlərin nəzərinə

“Qarabağ” – “Monako” qarşılaşmasının biletləri satışa çıxır.

İdmanxeber.com-un “Qarabağ”ın saytına istinadən yaydığı xəbərə görə, Avropa Liqasının qrup məhələsinin IV turunda Fransa təmsilçisi ilə keçiriləcək oyunun biletləri noyabrın 2-si səhər saat 10:00-dan etibarən satışa çıxarılacaq.

Azarkeşlər biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından ala bilərlər.

Biletlər nömrəli sektorlar üzrə 1,2,3,5,10 və 20, VİP üçün isə 50 AZN-dir. Göründüyü kimi, “Anderlext”i ilə II turun ev oyunu ilə müqayisədə qiymətlərdə endirim baş verib.

“Qarabağ“ klubu  azarkeşlərdən xahiş edir ki, biletləri sadəcə kassalardan məhz göstərilmiş qiymətlərlə alsınlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43