27 Noyabr 2024
İdman

“Qarabağ” Ndlovunu satmağa razılaşdı

“Qarabağ”ın cənubi afrikalı hücumçusu Dino Ndlovu gələn ay Çinin “Xançjou Qrintaun” klubu ilə müqavilə imzalaya bilər.

İdmanxeber.com-un məlumatına görə, belə bir iddia ilə CAR mətbuatı çıxış edib. 

Bildirilir ki, Ağdam klubu forvardın keçidinə razılıq verib. Tərəflər 750 min avroya razılaşıblar.  

Həmçinin məlumatda Ndlovunun iki illik sözləşməyə qol çəkəcəyi qeyd olunub. 

Xatırladaq ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Dino Ndlovu üçün Çin klubundan təklif aldıqlarını təsdiqləmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43