Kateqoriyasız

“Qarabağ” – “Neftçi” matçının biletləri nə vaxt satışa çıxarılır?

Azərbaycan Premyer Liqasının 10-cu turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşması üçün nəzərdə tutulan biletlərin satışı oyun günü reallaşacaq.
İdmanxeber.az-ın məlumatına görə, oktyabrın 30-a keçiriləcək qarşılaşma üçün satışa çıxarılacaq biletlər
müvafiq olaraq 2, 3, 5 və 15 manat təşkil edir.
Satış məntəqələri:
Azersun Arena;
Park Bulvarın 2-ci mərtəbəsində yerləşən “Qarabağ” FK Fan-Şopunda (10:00-dan 17:00-dək)
QEYD: Oyun günü qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43