Kateqoriyasız

“Qarabağ” “Neftçi”ni təbrik etdi

“Qarabağ” klubu “Neftçi” və “Səbail”i təbrik edib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Ağdam təmsilçisinin rəsmi “Feysbuk” səhifəsi məlumat yayıb. Təbrikdə deyilir:

“Qarabağ” Futbol Klubu Premyer Liqada gümüş və bürünc medallar qazanmış “Neftçi” və “Səbail”i bu uğur münasibəti ilə təbrik edir, klublarımıza avrokuboklarda uğurlar arzulayır.

Eyni zamanda, “Qarabağ”ı çempionluq münasibətiylə təbrik edən “Qəbələ”yə təşəkkür edir və “Sumqayıt”la ölkə kubokunun finalında güclü olanın qalib olmasını diləyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43