Kateqoriyasız

“Qarabağ” nümunəsi, “Neftçi”nin bərbad statistikası

Ötən gün baş tutan matçlarla Azərbaycan Premyer Liqasında 2018/2019-cu il mövsümü yarılandı. Geridə qalan 14 turdan sonra “qış çempionu” adına “Neftçi” yiyələndi. Paytaxt təmsilçisi 14 turdan onra aktivinə 33 xal yazdıra bildi ki, bu da son çempion “Qarabağ”dan ili 3 xal öndə bitirmək deməkdi.

Bordinin yetirmələri çempionluq yolunda “Qarabağ”ı mövsüm sonuna kimi üstələyib və ya üstələyə bilməyəcəyini isə zaman göstərəcək.

Geridə qoyduğumuz 14 turun statistik göstəriciləri də diqqətdən qaçmır.

Hazırkı tura qədər çempionatın ən intizamsız komandası “Zirə”di. Belə ki, “qartallar” 14 turdan sonra 41 sarı vərəqə ilə liderdi. Ayxan Abbasovun yetirmələrinin aktivində bir qırmızı vərəqə də var.

İntizamsızlığa görə, ikinci pillədə “Qəbələ” və lider “Neftçi” durur. Belə ki, əyalət təmsilçisi 31 sarı vərəqə və 4 qırmızı vərəqə ilə çempionatın ən çox qırmızı vərəqə ilə cəzalanırılan komandasıdı. “Qış çempionu” “Neftçi” isə 14 turdan sonra 31 sarı vərəqə və 3 qırmızı vərəqə ilə intizamsızlıq edən kollektivlər arasında öndə gedir.

Hazırda ən intizamlı komanda “Qarabağ”dı. Ağdam klubunun futbolçuları geridə qalan turlarda 20 dəfə sarı vərəqə ilə cəzalanırılıb.

Ümumilikdə isə siyahı aşağıdakı kimidi:

1) “Qəbələ”: 31 sarı vərəqə, 4 qırmızı vərəqə

2) “Sumqayıt”: 28 sarı vərəqə, 4 qırmızı vərəqə

3) “Neftçi”: 31 sarı vərəqə, 3 qırmızı vərəqə

4) “Səbail”: 28 sarı vərəqə, 3 qırmızı vərəqə

5) “Keşlə”: 38 sarı vərəqə, 2 qırmızı vərəqə

6) “Sabah”: 27 sarı vərəqə, 2 qırmızı vərəqə

7) “Zirə”: 41 sarı vərəqə, 1 qırmızı vərəqə

8) “Qarabağ”: 20 sarı vərəqə

Xəyal Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43