UEFA Avropa Liqası pley-off mərhələsi cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Olimpiya” oyununun favoriti açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, bukmeker konturları görüş öncəsi Ağdam təmsilçisini aşkar üstün görüb. Belə ki, futbol biliciləri “Qarabağ”ın qələbəsinə 1,49 əmsal təyin edib.
Sloveniya klubunun qalibiyyəti 4,32, görüşün heç-heçə bitmə ehtimalına isə 3,35 verilib.
“Qarabağ” – “Olimpiya” matçı bu gün saat 20:00-da start götürəcək.