30 Noyabr 2021
Kateqoriyasız

“Qarabağ” – “Omoniya” matçına doğru: Hava şəraiti azarkeşləri qorxutmur

UEFA Konfran Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Qarabğ” bu gün Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin İdmanxeber.az-a verdiyi məlumata görə, qarşılaşmaya 13500 bilet satılıb.

Xatırladaq ki, “Qarabağ” – “Omoniya” matçı saat 21:45-də başlayacaq.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılır (5-3 azn);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (10:00-22:00).

Qeyd edək ki, oyun gec saatlarında başa çatacağı üçün “Qarabağ” “Bakı Metropoliteni” QSC-yə ünvanladığı məktuba müsbət cavab verilib. Noyabrın 25-dən 26-na keçən gecə metronun “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyalarına giriş saat 01:00-dək sərnişinlər üçün açıq olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Daha bir legioner futbolçu “Qarabağ”dan gedir

admin

“Qalatasaray”ın istəmədiyi futbolçu “Fənərbağça”ya keçdi

admin

“Qarabağ” bu hücumçunu transfer edir

admin