30 Noyabr 2021
Kateqoriyasız

“Qarabağ” – “Omoniya” matçına nə qədər bilet satılıb?

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Qarabağ” – “Omoniya” (Kipr) oyununa bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün 8500 bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılır (5-3 azn);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (10:00-22:00).

Qeyd edək ki, oyun gec saatlarında başa çatacağı üçün “Qarabağ” “Bakı Metropoliteni” QSC-yə ünvanladığı məktuba müsbət cavab verilib. Noyabrın 25-dən 26-na keçən gecə metronun “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyalarına giriş saat 01:00-dək sərnişinlər üçün açıq olacaq.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Şəhriyar Məmmədyarov Aronyanla qarşılaşacaq

admin

Samir Abasov: “Görüləsi işlərimiz çoxdur”

admin

“Yaxşı transferdir, “Sabah” çempion olacaq” – Ramil Şeydayev

admin