30 Noyabr 2021
Kateqoriyasız

“Qarabağ” qələbəni əldən verdi – Yenilənib

“Qarabağ” Konfrans Liqasında növbəti matçına çıxıb.

Ağdam təmsilçisi V turda Kiprin “Omoniya” klubunu qəbul edib. Görüşdə qalib müəyyənləşməyib – 2:2.

Qrupun digər matçında “Bazel” “Kayrat”ın qonağı olub. İsveçrə klubu səfərdə 3:2 hesablı qələbə qazanıb.

“Qarabağ” 4 turdan sonra pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi 11 xalla qrupda 2-cidi. “Bazel” də eyni xala malik olsa da, top fərqinə görə liderdi. “Omoniya”nın 3, “Kayrat”ın 2 xalı var.

Konfrans Liqası
V tur

21:45. “Qarabağ” (Azərbaycan) – “Omoniya” (Kipr) – 2:2
Qollar:
 Paris Psaltis, 49 (öz qapısına), patrik Andrade, 88 – Mihal Duriç, 43, Jordi Qomez, 90
Qırmızı vərəqə: Kiko, 66 (pen.)
Tofiq Bəhramov adına Respublika stadionu

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov

“Omoniya”: 23. Fransis Uzoho, 2. Paris Psaltis, 5. Kiko, 11. Erik Boteak, 18. Mixal Dyuriş, 20. Takis Zaxariu, 22. Adam Lanq, 30. Nikolas Panayotu, 76. Haralambos Haralambus, 80. Andronikos Kakulli, 83. Andreas Asimenos
Ehtiyat oyunçular: 74. Katsper Horonjka, 4. Şehu Abdullahi, 8. İyayi Atimven, 13. Fotis Papulis, 15. Tomaş Quboçan, 16. Jordi Qomes, 17. Yan Letsyaks, 21. Marinos Tsionis, 42. Mikkel Diskerud, 44. Marko Şçepoviç, 75. Loyzos Loyzu, 82. Andreas Evangelu
Baş məşqçi: Henninq Berq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” Bakıda yoxlama oyunu keçirəcək

admin

“Neftçi”nin hücumçusu: “Çempion olmaq istəyirik” – VİDEO

admin

“Mançester Siti”nin sabiq üzvü “Qarabağ”la oyunu buraxacaq

admin