Kateqoriyasız

“Qarabağ” onu göndərdi – RƏSMİ


“Qarabağ” Premyer Liqada yaranan fasilə zamanı bir futbolçu ilə yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.

Hücumçu Maqaye Qeye ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Maqaye Qeye “Qarabağ”da 28 oyunda meydanda olub və bu matçda 8 qola imza atıb. Klub futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “Qarabağ” Qeyeni ötən il transfer etmişdi. Onunla 2 illik müqavilə bağlanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43