“Məğlubiyyətə görə məyus olduq. Daha yaxşısını edə bilərdik. Rəqibin orta səviyyədən yuxarı komanda olduğunu qəbul etməliyik”.
İdmanxeber.az-ın məlumatına görə, bunu İsveçrənin “Sürix” klubunun prezidenti Ancillo Kanepa “Qarabağ”a uduzduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi ilə bağlı “Blick” nəşrinə açıqlamasında deyib.
O, daha sonra belə davam edib: “Heyətdə səviyyəli futbolçular var. Ancaq heç biri gözlənildiyi kimi çıxış etmədilər”.
Kanepa FIFA prezidenti Canni İnfantinonun görüşü izlədiyini xatırladıb. O, bundan çox məmnun olduqlarını da vurğulayıb.