“Turan Tovuz”un zədəli futbolçularının son durumu bəlli olub.
İdmanxeber.az-a verilən məlumata görə, “Qarabağ” oyunu öncəsi zədəsi davam edən Marakvelidze Piruzi və Şəhriyar Əliyevin durumu qeyri-müəyyəndir. Komandanın digər zədəlisi – qapıçı Aydın Bayramovun vəziyyəti isə MRT çəkilişindən sonra bilinəcək.
Cəzası bitən Veysəl Rzayev baş məşqçi Ayxan Abbasov şans verəcəyi təqdirdə, meydana çıxa biləcək.
Tovuz klubunun digər zədəli üzvü Roderik Miller isə sağalıb. Panamalı Ağdam təmsilçisinə qarşı iştirak edə bilər.
“Turan Tovuz” – “Qarabağ” matçı oktyabrın 20-də, saat 18:30-da start götürəcək.