UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İrlandiyada keçiriləcək “Dandolk” – “Qarabağ” oyununa maraq böyükdü.
İdmanxeber.az-ın məlumatına görə, sözügedən oyun üçün biletlər satışa çıxarıldığı gün tükənib. Oyuna maraq o qədər böyükdür ki, 24 saat ərzində biletlərin satılmasının ardından xeyli sayda azarkeş biletsiz qalıb.
Xatrıaladaq ki, “Oriel Park”da keçiriləcək görüş iyulun 24-də, saat 22:45-də start götürəcək.
“Qarabağ” cavab oyununa isə iyulun 31-də çıxacaq. Qarşılaşma “Dalğa Arena”da, saat 21:00-da başlayacaq.