“Qarabağ” da bizim kimi əvvəllər Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bu səbəbdən də pis komanda ola bilməz”
İdmanxeber.az-ın məlumatına görə, bunu Macarıstanın “Ferenstvaroş” klubunun futbolçusu Frank Boli UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibləri “Qarabağ” barədə “Nemzetisport”a müsahibəsində deyib.
29 yaşlı hücumçu Çempionlar Liqasında asan matçın olmadığını bildirib: “Belə oyunlara ciddi hazırlaşmalıyıq. Rəqib haqqında həmin vaxtadək bütün məlumatları əldə edəcəyik. Amma hazırda fikrimizi çempionatın I turundakı “Puşkaş Akademiyası” ilə görüşə yönəltmişik. Bu olduqca vacib qarşılaşmadır”.
“Qarabağ” “Ferenstvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.