Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün hazırlıq prosesi çərçivəsində növbəti yoxlama matçına çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, Qurban Qurbanovun yetirmələri Polşa çempionu "Legiya" ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" bundan öncəki yoxlama oyunlarında Xorvatiya "Split"i (1:3), İsveçrə "Sürix"i (1:1) və Bolqarıstan "Levski"si (0:3) ilə qarşılaşmışdı.
Yoxlama oyunu
27 yanvar
16:00. "Qarabağ" – "Legiya" 2:0
Qollar: Reynaldo, 67 (1:0), Cavid Tağıyev, 82 (2:0)