09 Fevral 2023
Ölkə futbolu

“Qarabağ” – “Qəbələ” matçının biletləri satışda

Azərbaycan kubokunun 1/4 final mərhələsində keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşmasının biletləri satışa çıxarılıb.

İdmanxeber.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri bu gün iticket.az-dan ala bilərsiniz. Oyun günü isə biletləri həm @iticket.az, həm də “Azersun Arena”nın kassasından almaq mümkündür.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Sabah keçiriləcək “Qarabağ” – “Qəbələ” matçına saat 20:30-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43