Ölkə futbolu

“Qarabağ” “Qəbələ”ni məğlub etdi – YENİLƏNİB

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura bu gün yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, sonuncu matçda “Qarabağ” “Qəbələ”ni qəbul edib. Görüş Ağdam təmsilçisinin qələbəsi ilə sona çatıb -3:0.

Bu nəticənin ardından “Qarabağ” 32 xalla birinci pillədə qərarlaşıb. “Qəbələ” isə 11 xalla 9-cudur.

Azərbaycan Premyer Liqası

XV tur

19:30. “Qarabağ” – “Qəbələ” 2:0

Qol: Hamiu Keyta, 7, Nəriman Axundzadə, 64, Juninyo, 90+3
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Zirə”ni (1:0), “Sabah” “Kəpəz”i (2:0) məğlub edib. “Araz-Naxçıvan” – “Səbail” (1:1) və “Turan Tovuz” – “Sumqayıt” (2:2) qarşılaşmaları heç-heçə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43