Kateqoriyasız

“Qarabağ” zirvədə

FutbolPressAzərbaycan Premyer Liqasında XVIII tura start verilib.

İlk oyun gnündə iki matç baş tutub.

Əvvəlcə “Səbail” “Keşlə”ni qəbul edib. Matçda qalib müəyyənləşməyib – 1:1.

Günün digər matçında öz meydanında “Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlib. Rəqibini 3 cavabsız qolla məğlub edən Ağdam klubu ən azı 1 günlük turnir cədvəlinin lideri olub.

Azərbaycan Premyer Liqası
XVIII tur

2 mart (çərşənbə axşamı)

16:00. “Səbail” –“Keşlə” – 1:1
Qol:
 Peyman Keşavarzi, 75 – Tural Axundov, 54

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rəhim Həsənov
“ASCO Arena”

“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 9. Florian Kadriu, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov
Baş məşqçi: Aftandil Hacıyev

“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 20. Rail Məlikov, 32. Elvin Yunuszadə, 21. Miyusko Boyoviç, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 78. Şirin Şirinov
Baş məşqçi: Sənan Qurbanov

18:15. “Qarabağ” – “Qəbələ” – 3:0
Qollar: 
Filip Ozobiç, 22, 34 (pen.), Mahir Emreli, 38

Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
“Azersun Arena”

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 9. Xayme Romero, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov

“Qəbələ”: 1. Anar Nəzirov (k), 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 99. Ceyms Adeniyi, 77. Merab Giqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoca, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 5. Rasim Ramaldanov, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Neftçi” “Dinamo”ya uduzdu

admin

“Russia Today” kanalı “Qarabağ”a qarşı etdiyi səhvi düzəltdi (FOTO)

admin